İcarəyə verilir 5 otaqlı həyət evi/bağ evi 300 m², Bilgəh q.
Bilgəh qəsəbəsində, dənizə cəmi 800 metr məsafədə yerləşən 2 mərtəbəli lüks bağ evi aylıq kirayə verilir. Bağ evi 12 sot geniş və yaşıllıq həyətyanı sahəyə malikdir. Sakit, təmiz və rahat mühitdə istirahət etmək istəyənlər, həmçinin ailəvi istirahət və dost məclisləri üçün ideal bir seçimdir.
Evdə qonaqların rahatlığı üçün hər bir şərait düşünülüb. Bağ evində 4 geniş yataq otağı, fərah zal və tam təchiz olunmuş mətbəx mövcuddur. Həyətdə isə xüsusi olaraq ilin hər fəslində istifadəyə yararlı isti hovuz (baseyn) və ləzzətli təamlar hazırlamaq üçün ayrıca kababxana sahəsi quraşdırılıb. Bundan əlavə, bir neçə avtomobili rahatlıqla saxlamaq üçün geniş parkinq yeri də mövcuddur.